Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış müğənni ilə bağlı yeni qalmaqal

Faktla bağlı Bakı Baş Polis idarəsində araşdırma aparılır

İş adamı Qasımov Vaqif adlı şəxs Bizimyol.info saytına tanınmış müğənni Niyam Salami ilə bağlı müraciət edib.

Qasımov iddia edir ki, müğənninin ona 17 min AZN borcu var. Müğənni Niyam Salami Qasımova təklif edib ki, Yasamal rayonunda yerləşən İzmir restoranını birlikdə işlətsinlər. Onun hesabı ilə də restoranın aylıq 100- 110 min AZN dövriyyəsi olacaq.

Vaqif Qasımov deyir: Etiraf edirəm, düzü məni də çox maraqlandırdı. Amma ona dedim ki, mənim 100 AZN da olsun pul vəsaitim yoxdu. Pulum olmasa da evdə qızıllarım var. Razılaşdıq . Niyam Salami və Emin adlı şəxsin köməkliyi ilə qızılları lombarda qoyduq. 20 min AZN pul vəsaitini ordan çıxararaq, Niyama verdim ki, bu işlərə başlasın. Bir vaxt ayıldım ki, bu pulları İzmir restoranına deyil, özünün başqa borc -xərclərinə ödəməyə başlayıb. Gördüm ki, bu dələduzluq edir. Demək ki, məndən əvvəl Teymur Əliyev küçəsində yerləşən Ramada otelinin restoranını da Niyam işlədirmiş. Orda restoranı təmir etdirərək, mənim pulumu ora yönəldirmiş. Bu xəbəri alandan sonra ona bildirdim ki, səninlə işləmək qeyri mümkündür. Xahiş edirəm, pullarımı qaytar.

Qasımov deyir: Borca görə 3- 4 ay Niyam Salaminin arxasınca düşdüm. 3 ay Niyam Salami İzmir restoranını işlətdi. Və orda da borca xərcə düşdü , xərcləri ödəyə bilmədiyi üçün ordan da qovuldu. Mən də ondan pulumu ala bilmədiyimə görə prokuraturaya şikayət etdim. Borcun miqdarını bank müqavilələr əsasında müstəntiqə təqdim etdim. Verdiyim borc 20 min AZN pul, 26 faizlə 25 min Azn civarındadır və 19 mart 2019 -cu ildə verilib. 25 min AZN –dən bir hissəsi ödənilib. Qalan 17 min AZN borcu isə hələ də qalıb.

İş adamı Qasımov tezliklə bu məsələnin araşdırılmasını və borcunun Niyam Salamidən alınaraq, ödənilməsini tələb edir.

Qasımov müğənni Niyam Salamidən borcu verməkdən imtina etdiyinə görə bu məslənin içtimailəşdirilməsi qərarına gəlib.

Məsələni araşdırmaq üçün Niyam Salami ilə əlaqə saxladıq. Köməkçisi Camal isimli şəxs bu iddianı qəbul etmədi.

Əvvəl belə borc olmadığını söyləsə də, sonra bu məsələnin çoxdan bağlandığını dedi. Bildirdi ki, Yasamal rayon polis şöbəsi ilə əlaqə saxlayaq, bizə bununla bağlı məlumat deyəcəklər.

Şikayətçi Vaqif Qasımov isə bildirib ki, biz ona zəng etdik. Ağladı ki, anam rəhmətə gedib. Həqiqətən də öyrəndik ki, dəfn mərasimidir. Niyamın köməkçisinin cavabı ilə bağlı isə deyim ki, yalandan danışır. Heç nə bağlanmayıb. Necə bağlana bilər ? Səndən asılıdır. Sən gəlib ərizəni götürmüsən ki.,bağlasın.

Qasımov dedi ki, faktla bağlı araşdırmanın aparılması Bakı Baş Polis idarəsindədir.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »