Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Parisdə növbəti aksiyalar: Polis güc tətbiq etdi

Fransa polisi Parisin cənub-şərqindəki “Qar-de-Lion” metrostansiyası yaxınlığında təqaüd islahatlarına qarşı etiraz edən nümayişçiləri dağıtmaq məqsədilə gözyaşardıcı qazlardan istifadə edib.

Bu barədə məlumatı hadisə yerindən canlı yayım edən LCE televiziyası yayıb.

Qeyd olunur ki, metro stansiyasının yanında islahatlara qarşı etiraz edən nümayişçilər əllərinə keçən hər şeyi polislərə atıb.

Qeyd edək ki, Fransada etiraz aksiyaları dekabrın 5-də həmkarlar ittifaqının çağırışı ilə başlanıb. Nümayişlərdə nəqliyyat və tibb işçiləri, müəllimlər, vəkillər, yanğınsöndürənlər və digər peşə sahibləri iştirak edir. (Axar.az)

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »