Qarabağ cəbhəsində hərbi əməliyyatların təhlükəsi xeyli artıb. Hər an müharibə başlaya bilər.
Ermənistan KİV-in verdiyi xəbərinə görə, ölkənin Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan belə bəyanatla çıxış edib.
O bildirib ki, Ermənistan hakimiyyətinin intellektual çatışmazlığı ilə bu əməliyyatlara rəhbərlik etməsi qəbuledilməzdir.
O, Paşinyanı nəzərdə tutaraq deyib:
“Kalaşnikov” avtomatının istifadəsini praktiki olaraq bacarmayan bir adamın yeni hərbi əməliyyatlar şəraitində təmas xəttinin müdafiəsini təşkil edə bilməyəcəyini dəqiq anlamalıyıq”.(oxu.az)