Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beynəlxalq Kosmik Stansiyada yanğın xəbərdarlıq sistemi işə düşdü

Beynəlxalq Kosmik Stansiyanın Rusiya seqmentində yanğın xəbərdarlıq sistemi işə düşüb.

“İnterfaks” xəbər verir ki, bu barədə “Roskosmos” açıqlama yayıb.

Xəbərdarlıq siqnalının saxta olduğu bildirilib. Stansiyanın hazırda fəaliyyətini ştat rejimində davam etdirdiyi qeyd edilib.

Kosmonavtlara yanma məhsullarının tərkibini müəyyən etmək üçün hava nümunələri götürmək tövsiyə edilib. Bu zaman cihazların göstəriciləri sıfıra bərabər olub.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »