Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayramqabağı avtomobil bazarında vəziyyət – Videoreportaj

Artıq yeni ilin astanasında olduğumuzu nəzərə alsaq , 2020-ci ildə ölkəin avtomobil bazarında hansı dəyişikliklərin baş verəcəyi hər birimizə maraqlıdır. Odur ki, mövzunun aktuallığını nəzərə alıb, yeni il ərəfəsində Azərbaycanın avtomobil bazarında real vəziyyəti öyrənməyə çalışdıq.

Bizimyol.info-nun Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında apardığı araşdırmadan məlum olub ki, Azərbaycanda avtomobil bazarında durğunluq davam edir.

Satıcılar alıcı qıtlığından, alıcılar isə qiymətlərin yenə də yüksək olmasından şikayətlənirlər.

Belə ki, bazara gələn alıcılar qiymətlərin bahalığından, büdcələrinə uyğun avtomobil tapmaqda çətinlik çəkməklərindən şikayət edirlər.

“Kiçik matorolu, yəni az yanacaq sərf edən avtomobil axtarıram. Təəssüf ki cibimə uyğun maşın tapmaqda çətinlik çəkir. Bir “Kio” markaı avtomobilin vəziyyəti yaxşıdır. Qiyməti bir az bahadır. Sövdələşmə uğurlu olsa alacam. Ümumilikdə avtomobil bazarında bahalaşma var”,-deyə alıcı Həsən Həsənov bildirib.

Satıcıların sözlərinə görə, son ayda avtomobil bazarında əhəmiyyətli qiymət dəyişikliyi müşahidə olunmayıb.

“Adətyən ilin sonunda avtomobil bazarında canalanma müşahidə olunur deyə qiymətlər bahalaşır. Amma bu dəfə bahalaşma ilin əvvəlində də gözlənilir. Çünki maşına tələb çoxalıb”,-deyə satıcı Vaqif Əliyev bildirib.

Qeyd edək ki, Badamdar avtomobil bazarında Rusiya istehsalı olan maşınlar azlıq təşkil edir. Satışa çıxarılan avtomobillər əsasən "Mercedes", "KIA", "Chevrolet" modelləridir. Satıcıların sözlərinə əsasən, alıcılar yanacağın növünə görə dizellə işləyən, qiymətinə görə isə satış qiyməti 10-12 min manata qədər olan avtomobillərə üstünlük verirlər.

Ramid İbrahimov

Bizimyol.info

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
››› Lukaşenko referendumun vaxtını açıqladı
Son xəbərlər
Bütün xəbərlər »