Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Toydan bir gün əvvəl nişanlısını döyüb öldürdü

Türkiyənin Bursa şəhərində kişi toydan bir gün əvvəl nişanlısını öldürüb.

“CNNTürk”ün xəbərinə görə, 27 yaşlı Yunus Əmrə Akar nişanlısı, 25 yaşlı Songül Yalçını döyərək öldürüb.

Belə ki, üç il nişanlı olan cütlük toylarından bir gün əvvəl görüşərək söhbət ediblər.

Onların arasında zinət əşyası ilə bağlı yaranan mübahisə nəticəsində Ə.Akar nişanlısı S.Yalçını hamama apararaq döyüb.

O, qızın yerə yıxılmasına məhəl qoymadan kommunal borcları ödəmək üçün evdən çıxıb.

Geri qayıdandan sonra nişanlısının hələ də ayılmadığını görən Akar təcili yardım çağıraraq evdən qaçıb.

Xəstəxanaya aparılan Yalçının həyatını xilas etmək mümkün olmayıb.

Qısa zamanda polis tərəfindən saxlanılan Akar günahını etiraf etməyib.

Prokurorluğun hazırladığı ittiham aktının Bursa Ağır Cinayətlər Məhkəməsində icraata götürülməsindən sonra təqsirləndirilən Y.Akarın məhkəmə prosesi başlayacaq.

İttihamçı prokuror onun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »