Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fəhlələr binanın zirzəmisindən xəzinə tapdılar

Polşanın Krakov şəhərində inşaat işləri zamanı binanın zirzəmisində ümumi dəyəri 400 min funt sterlinqdən artıq (32,4 milyon rubl) olan 10 min sikkə tapılıb.

“Daily Mail” xəbər verir ki, sikkələr 200 il əvvəl dini ordenə aid olan binada təmir işləri zamanı aşkar edilib.

Binanın zirzəmisində Polşa kralı Stanislav Avqust Ponyatovski dövründə buraxılan mis sikkələr tapılıb. Onun hakimiyyət illəri XVIII əsrin sonuna təsadüf edir. Qədim xəzinə zamanla çürüyən kətan torbalara yığılıb.

Ekspertlərin fikrincə, hər sikkənin dəyəri 40 funta bərabər ola bilər. Tapıntı Krakov Arxeologiya Muzeyinə təhvil verilib.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »