Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski və Tramp “əlbəyaxa oldular” - Foto

“The Week” jurnalı ABŞ və Böyük Britaniya ərazisində dekabrın 27-də satışa çıxarılacaq nömrəsinin üz qabığını dərc edib.

Nəşr yola salınan ili təcəssüm etdirən insanları göstərmək qərarına gəlib. Şəkildə ümumi bayram əhvalını yalnız bir neçə insan pozur.

Jurnalın ön planında ABŞ lideri Donald Trampın əlindən raket başlığını almağa çalışan Ukrayna Prezidenti Vladimir Zelenski təsvir edilib. Özü də hadisə Qızıl meydanda baş verir.

Müəlliflər “Ukrayna işi” və Kiyev üçün nəzərdə tutulan hərbi yardımın dondurulmasına aşkar işarə edirlər.

Yeri gəlmişkən, Vaşinqton prezidentlərin telefon danışığından cəmi 91 dəqiqə sonra Ukraynaya müvəqqəti olaraq pul ayırmamağa qərar verib.

Nyu-Yorkun sabiq meri və Trampın vəkili Rudolf Culiani hədəf altında təsvir olunub.

İki prezidentin əlbəyaxa olmasını isə 2019-cu ili müəyyən edən ekofəal Qreta Tunberq, siyasətçilər və məşhurlar müşahidə edirlər.(oxu.az)

Tramp  - Zelenski Şarj

Son xəbərlər
Bütün xəbərlər »