Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycana qış fəsli daxil olub

Azərbaycana qış fəsli daxil olub.

Qış fəsli dekabrın 22-si Bakı vaxtı ilə saat 08:19-da ölkəyə qədəm qoyub.

Bu gün Şimal yarımkürəsində ən uzun gecə, ən qısa gündüz, Cənub yarımkürəsində isə ən qısa gecə, ən uzun gündüz qeydə alınacaq.

Qış fəslinin gəlişi zamanı Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Bu səbəbdən də bu fəsildə soyuq hava şəraiti müşahidə olunur.

Bu gecə həm də çillə gecəsidir. Bu gündən etibarən Böyük çillə başlayır və 40 gün davam edəcək.

Azərbaycanın bəzi bölgələrində Çillə gecəsinin ritualları unudulsa da, bəzi bölgələrdə hələ də insanlar toplanıb çillə mərasimləri keçirirlər. (Report.az)

Paylaş »
››› Görüntülərin ünvanı bəlli oldu: "Bilmirik, bu uşaqla necə mübarizə aparaq" - Video
››› "Sonuncu dalğanı da yola salıb koronavirus məsələsini bitirəcəyik"
››› Yenə dünyanı güldürməyi bacardı: Türkmənistanda daha bir qadağa
››› Müəllimləri hədələyən qalmaqallı şagird barədə DİN-dən açıqlama - Video
››› Arxasınca iki qadın “Sən getdin, elə bil dünya boşaldı” deyirdi... - İslam Rzayevi anırıq
››› "Bu, "Azəriqaz"ın çörəyinə bais olmaqdır.., yanan zibilə nə sayğac qoyacaqsan?"
››› Azərbaycanda pensiyaya çıxma şərtləri yumşaldıla bilər
Son xəbərlər
Bütün xəbərlər »