Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ermənistana “Tor” zenit-raket kompleksləri verdi

Ermənistan ordusunun silahlanmasına Rusiya istehsalı olan ən yeni “Tor-M2KM” zenit-raket kompleksləri daxil olub.

Bu haqda baş nazir Nikol Paşinyan özünün Facebook səhifəsində açıqlayıb. Daha sonra Paşinyan hərbi hissələrdən birində “Tor-M2KM” kompleksləri də daxil olmaqla bəzi yeni hərbi texnikanın silahlanmaya qəbul edilməsində iştirak edib.

“Ermənistan silahlı qüvvələri Rusiya istehsalı olan ən yeni hava hücumundan və raketdən müdafiə sistemləri ilə silahlandı. Silah 2019-cu ildə buraxılıb. Bu, 2019-cu ildə əldə etdiyimiz ən mühüm silahlardan biridir. Onun miqdarını deyə bilmərəm, hərbi sirdir”,-Paşinyan yazıb.

“Tor-M2KM” hava hücumundan müdafiəni həyata keçirir, habelə hərbi bölmələri pilotsuz uçuş vasitələrindən və yüksək dəqiqlikli silahlardan müdafiə edir. “Almaz-Antey” korporasiyası tərəfindən istehsal edilir. Kompleks eyni anda 20 hava hədəfini izləyir və onlardan 4-ünü eyni vaxtda vura bilər. Hədəfin izlənməsi və vurulması avtomatik rejimdə həyata keçirilir.

Qeyd edək ki, bundan əvvəl Rusiya Ermənistana güzəştli qiymətə və kredit hesabına 4 Su-30SM qırıcısı da verib. Həmin qırıcılar bu günlərdə Ermənistana çatdırılmalı idi.(virtualaz.org)

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »