Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlər Kabineti gömrük rüsumları ilə bağlı qərar verdi

Azərbaycana idxal edilən tərkibində kütlə payı 80 faiz və daha çox olan titan-dioksid əsasında piqmentlər və preparatlar 2 il müddətinə görük rüsumundan azad edilib.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti mətbuat xidmətinin məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərar gələn il yanvarın 19-da qüvvəyə minir.

Qeyd edək ki, titan-dioksid plastik qapı-pəncərə materiallarında geniş istifadə olunur. Bu maddə plastik pəncərələrə qar bəyazlığı verir, işığa davamlı edir. Uşaq qidaları, ağ un, şəkər, süd məhsulları, bəzi şirniyyatlarda da qar kimi bəyazlıq vermək və bu rəngi uzun müddət saxlamaq üçün titan-dioksid əlavə olunur.

Son xəbərlər
Bütün xəbərlər »