Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məsut Özil Türkiyə klubuna keçməyə hazırlaşır

Son günlər Məsut Özil dünya mətbuatının gündəmindədir. Onun uyğurların müdafiəsinə qalxması Çin hökumətini qəzəbləndirib.

Bizimyol.info xəbər verir ki, haqsızlığa biganə qalmayan Məsut Özil karyerasını Türkiyədə davam etdirə bilər. Qardaş ölkə mətbuatında bu haqda müxtəlif yazılar gözə dəyir. “Fotomaç” “Arsenal”ın futbolçusunun “Fənərbaxça”ya keçəcəyini iddia edir.

Yazılanlara görə, İstanbul klubunun idman direktoru, əvvəllər “Liverpul”da və “Tottenhem”də işləmiş Damyen Komolli transfer məsələsinin həlli üçün Londondadır. Hətta transferin həftənin sonuna qədər baş tutacağı gözlənilir.

Özilin “Arsenal”la 2021-ci ilin iyununa qədər müqaviləsi var. Buna görə hələlik icarə məsələsi müzakirə olunur.

Son xəbərlər
Bütün xəbərlər »