Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SSRİ-dən çimərlik paltarında qaçmışdı... - Foto

40 il əvvəl Avstraliyada SSRİ-dən qaçıb gəlmiş ofisiant qızın taleyi qızğın müzakirə olunurdu. O, sovet teploxodundan qırmızı çimərlik paltarında çıxa bilmişdi.

Bizimyol.info xəbər verir ki, ukraynalı ofisiant Liliana Qasinskaya 1979-cu ilin adi günlərinin birində Avstraliyaya siyasi sığınacaq üçün pənah gətirmişdi. Qız jurnalistlərlə ilk ünsiyyətində demişdi ki, kommunizmdən və növbələrdən bezib.

Liliana Qasinskaya

“Leonid Sobinov” gəmisi Sidney limanına yaxınlaşanda Liliana anlamışdı ki, tez qərar verməlidir. Artıq əşya götürmək olmaz. Göyərtədə hamının başı qarışmışdı. Qasinskaya suya tullanır, amma zədələnir. Yerli sakinlərdən Billi Qrin onunla rastlaşanda SSRİ vətəndaşı soyuqdan titrəyirdi. Qasinskaya iti ilə gəzişən avstraliyalıdan onu tez polisə aparmasını istəmişdi: “Arxamca gəlirlər”.

Gəmidə KQB agenti az deyildi. Onlar sayıqlığı azacıq itirmişdilər və ofisiant aradan çıxmağı bacarmışdı. Qərb qəzetləri elliklə bu hadisədən yazmağa başladı. Qasinskaya uğurlu ifadə demişdi: “Yalnız kokteyl, çimərlik və azadlıq”.

Liliana ilk günlərdən “Daily Mirror”un fotoqrafı Qrem Fletçerlə roman yaşamağa başladı. Fotoqraf onu bütün təhlükələrdən qoruyurdu. Qrem ukraynalı gözələ görə arvadını və üç uşağını atdı. Liliana rəqqas kimi işə düzəldi, seriallara çəkilməyə başladı. Sonra pul qazanmaq üçün çılpaq fotosessiyalara da razı oldu. Onun haqda yazırdılar: “Bikinisiz bikinili qız”.

Fletçerlə ayrılandan sonra milyonçu Yen Heysonla tanış oldu. Yen Liliananın həyatında axırıncı kişi olmayacaqdı...

İndi Qasinskaya çoxuşaqlı anadır. Qocalığını Londonda keçirir və ictimaiyyətdən uzaq dayanmağa çalışır.

Son xəbərlər
Bütün xəbərlər »