Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadının ana südü çox olduğundan başqa uşaqlara payladı

ABŞ-ın Virciniya-Biç şəhərində yaşayan qadın 30 körpəyə ana südü verib. O, 17 ay ərzində 355 litr südündən keçib.

Bizimyol.info xəbər verir ki, Kristina Reş südü artıq qaldığından bu addımı atıb. Öz körpəsi gün ərzində 300 millilitrdən artıq ehtiyac duymurmuş. Belədə soyuducuya hər gün 2-3 litr süd yığmaq lazım gəlirmiş. Bir gün bu, rəfiqəsinin işinə yarayır. Yenə soyuducudakı süd azalmır. Buna görə “Facebook”la ehtiyacı olanları axtarmaq qərarına gəlirlər. Daha 29 körpə ilı bağlı müraciət edən olur.

Kristina yetim körpələrə də kömək edib. Onun yanına hətta 100 km uzaqlığa süd göndərmək üçün gələnlər olub.

Son xəbərlər
Bütün xəbərlər »