Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kök adamların sevilmədiyi 5 ölkə

Dünyanın yeni dəbi arıq olmaq, artıq çəkidən yaxa qurtarmaqdır. Hətta kök adamların sevilmədiyi konkret ölkələr var. Bizimyol.info xəbər verir ki, xüsusilə Uzaq Şərqdə artıq çəkiyə normal yanaşmırlar.

Yaponiya – Bu ölkədə kök adamlar ya xəstədir, ya da eybəcər. Orada belə bir fikir var ki, qadının belinin ölçüsü 90 santimetri keçməməlidir. Azacıq kökələn idmana yazılır.

İtaliya – Sofi Loren, Monika Belluççi... Deyəcəksiniz ki, heç biri arıq olmayıb. İtalyanlar bu ölçülərdə qadınları çox sevirlər. Bir şərtlə ki, qadının bədənində ət aşıb-daşmasın. İnsafən, Loren və Belluççi həmişə formada olub.

Fransa – Fransızların belə bir deyimi var ki, insan ictimai nəqliyyatda iki nəfərin yerini tutmamalıdır. Sizə köklüyünzə görə küçədə söz ata bilərlər.

Cənubi Koreya – Məşhur koreyalı qız obrazını xatırlayırsınız? Arıq, qısa yubka. Köksünüzsə, Cənubi Koreyada bunu birbaşa üzünüzə deyəcəklər.

Hindistan – 2017-ci ildə dünya gözəli adını hindistanlı almışdı. Bu yoxsullar ölkəsində köklük həm də harınlıq göstəricisidir.

Son xəbərlər
Bütün xəbərlər »