Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada nə qədər insan sizdən pis yaşayır: zənginlik şkalası ilə tanış olun

Az qala hamımız hər hansı şəkildə dolanışıqdan narazılıq edirik. Ola bilər ki, daha çoxuna layiqik. Amma inanın, dünyadakı insanların əksərindən daha yaxşı yaşayırıq.

Bizimyol.info xəbər verir ki, “Bloomberg” zənginlik şkalası tərtib edib. Burada insanlar 11 qrupa bölünüb.

11 - Ən yüksək qrupa dünyada yalnız 3 nəfər aid edilə bilər: Bill Qeyts, Ceff Bezos və Bernar Arno. Çünki bu şəxslərin sərvəti 100 milyard dollar həddini keçib.

10 – Azı 10 milyard dolları olanların qrupu. Məsələn, İlon Mask bura daxildir. Cəmi 150 nəfər.

9 – Sərvəti 1 milyard dolları keçənlər. Tutaq ki, Silvio Berluskoni kimi adamlar. Çox deyillər: 2700 nəfər.

8 – Dünyada 49 min nəfər bu qrupa aid edilir. Çünki 100 milyon dolları görüblər.

7 – Bu qrupun adamlarının bahalı villaları var. Bir də 10 milyon dollar. Dünyada 1,7 milyon nəfər olduqları bildirilir.

6 – Dəniz kənarında yaşayan milyonçular. Azı 40 milyon nəfərdirlər.

5 – İpoteka ilə ev alan istənilən adam özünü bu qrupda görə bilər. Çünki mənzilin dəyəri, adətən, 100 min dollar həddini keçir. Dünyada bu sosial vəziyyətdə olan 436 milyon nəfərin yaşadığı ehtimal edilir.

4 – Azı 10 min dollar dəyəri olan avtomobil sahibləri. Planetdə 1,3 milyard belə insan varmış.

3 – Məvacibindən arxaya bir şey ata bilənlər. 1,7 milyard nəfər də onlardır.

1 və 2 – Yerdə qalan 1,5 milyard insan konkret yoxsuldur.

Son xəbərlər
Bütün xəbərlər »