Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada bütün qumarxanalar bağlanıb

Ukrayna Daxili İşlər Nazirliyi ölkədəki bütün qumarxanaların bağlandığını elan edib.

TASS xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov hökumətin müvafiq qərarına əsasən məlumat verib.

Onun sözlərinə görə, bu sənəd artıq yayımlanıb və qüvvəyə minib.

"Nazirlər Kabinetinin qərarı bütün oyun klublarının, lotereyaların və qumarxanaların bağlanmasını diqtə edir. Milli Polisdən hökumətin qərarına uyğun olaraq dekabrın 20-si saat 16:00-a (Bakı vaxtı ilə 18:00) qədər bütün növ qumarxanaların fəaliyyətini dayandırmasını tələb edirəm", - deyə A.Avakov söyləyib.

Nazir qeyd edib ki, gələcəkdə bu məsələ hazırda nəzərdən keçirilməkdə olan və Ali Rada tərəfindən qəbul ediləcək xüsusi qanunla tənzimlənəcək.(report)

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »