Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin Məsut Özili hər cür cəzalandırmağa çalışır

“Arsenal”ın türk əsilli futbolçusu Məsut Özil uyğurları müdafiə etməklə Çinin qəzəbinə tuş gəlib. Çin hökuməti yarımmüdafiəçini hər cür cəzalandırmağa çalışır.

Bizimyol.info xəbər verir ki, Məsut “Twitter”də Çin hökumətini uyğurlara zülm verməkdə, ümumilikdə “Quran”ı yandırmaqda, məscidləri bağlamaqda, din alimlərini öldürməkdə günahlandırmışdı. Asiya dövlətinin hakimiyyəti ittihama çox sərt reaksiya vermişdi. Özilin sözlərinə görə ölkədə “Arsenal” – “Mançester Siti” oyununun yayımı qadağan edilmişdi. Çin bunan sonra da “Arsenal”ın qarşılaşmalarını kəsməyi düşünür.

Asiya dövləti Özilə daha bir özünəməxsus cəza vermək qərarına gəlib. PES 2020 versiyasında onun adı siyahıdan çıxarılıb. İstifadəçilər virtual oyun zamanı “Arsenal”ı seçsələr belə, heyətdə Məsutu görməyəcəklər.

ABŞ-ın xarici işlər naziri Mayk Pompeo Özili müdafiə etmişdi. O, Çinin uyğurlara etdiyi zülmü dayandırmalı olduğunu bildirmişdi. “Arsenal” isə bəyanatında Məsutun öz fikrini ortaya qoyduğunu, klubla ortaq düşüncədə olmadığını qeyd etmişdi.

Son xəbərlər
Bütün xəbərlər »