Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İngiltərənin məşhur qəzeti Zamirə Hacıyevanı ələ saldı - Foto

İngiltərənin məşhur “The Guardian” qəzeti bu il də maraqlı suallardan ibarət ənənəvi “Christmas quiz” başlıqlı sorğunu aparıb.

Sorğuda müxtəlif biznes sahələrində əldə olunan və itirilən gəlirlərlə bağlı məlumatlara dair 25 zarafatyana sual verilib.

Burada diqqətçəkən suallardan biri isə Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı, ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) adlı qanunla adını tarixə yazdıran Zamirə Hacıyeva ilə bağlı olub.

Belə ki, nəşr 56 yaşlı Hacıyevanın fotosunu paylaşaraq ironik şəkildə “Həbsdə olan azərbaycanlı bankirin həyat yoldaşı Zamira Hacıyeva xərcləmə vərdişinə dair polis araşdırmasına görə, “Harrod”da sendviçlərə nə qədər pul xərcləyib?” sualını ünvanlayıb. Üç bənddən ibarət isə (320, 32 000, 332 000 funt sterlinq) cavab haqqı verilib. (Qafqazinfo.az)

Zamirə Hacıyeva
Son xəbərlər
Bütün xəbərlər »