Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyonçuya yoldaşlıq edəcək 10 nəfər üçün hər şey pulsuz olacaq

Yeni Zelandiyada yaşayan varlı bir iş adamı qeyri-adi elan verib.

Sondakika.com xəbər verir ki, o, “Cənnət” adlandırdığı Şimal Adasında qurduğu fermada onunla birlikdə yaşayacaq 10 nəfər axtarır.

Tək şərti isə axtardığı şəxslərin 70 yaşından böyük olmamasıdır.

Buzlu qəhvə biznesi ilə var-dövlət əldə edən Almaniya vətəndaşı Karl Reipen bununla macəra axtarışında olduğunu bildirib.

Onunla birlikdə yaşayacaq şəxslər fermadakı iki nəfərlik evlərdə yaşaya, yemək və şərab zirzəmilərini paylaşa bilərlər. Həmçinin, onlar Karl Reipenə gəzinti, balıq tutma, alış-veriş, üzgüçülük, xizək sürmə, quşları və ya digər gözəl heyvanları seyr edən zaman yoldaşlıq etməlidir.

Qeyd edək ki, ferma ən yaxın qəsəbədən təxminən 90 dəqiqəlik məsafədədir.

İş adamı 2003-cü ildə “Daily News”a verdiyi müsahibədə bir ferma sahibi olmağın və oranı beş ulduzlu hotelə çevirməyin uşaqlıq xəyalı olduğunu demişdi. (oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »