Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aslan İsmayılov həbs olunan icra başçısı haqqında: "Bu, icra başçılarına ciddi bir siqnaldır"

"İtin yiyəsi varsa, qurdun da Allahı var. Çox gözəl deyimdir. Bu gün bir daha buna əmin oldum".

Bizimyol.info xəbər verir ki, hüquqşünas Aslan İsmayılov sosial şəbəkə hesabında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin həbs xəbərinə münasibət bildirib.

Hüquqşünas qeyd edib ki, bu dəqiqələrdə xəbər tutdum ki, Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu rüşvət alarkən həbs ediliblər: "Belə xəbərlərə heç vaxt sevinməmişdim. Bu dəfə sevindim, ona görə ki, bu faktın özü hakimiyyətin hansısa müsbət dəyişiklik etməsinə ciddi bir işarədir. Son vaxtlar Prezident İlham Əliyev yeni icra başçıları təyin edərkən kim qanun pozuntusuna yol verəcəksə ciddi cəzalanacaqlarını deyirdi. Baş verən hadisə deyilənlərin tək söz olmadığını göstərdi. Bu günə qədər nəinki icra başçısı, onun müavini, heç sıravi əməkdaşı da həbs olunmamışdı. Bu artıq yerdə olan icra başçılarına ciddi bir siqnaldır".

A.İsmayılov bildirib ki, ikinci səbəb daha maraqlı və bir az da şəxsidir: "Təxminən bir ay bundan əvvəl Ağstafanın Sadıxlı kəndinin bərbad yolları ilə bağlı video paylaşmışdım. Bir neçə gün sonra kənddən qohumlarım zəng edib yolu qreyderlə düzəltdiklərini dedilər. Çox sevinmişdim ki, zülm çəkən kənd camaatına az da olsa kömək etdim. Az sonra öyrəndim ki, bütün texnikanı təcili kənddən çıxarıblar. Araşdırdıqda məlum oldu ki, məni yaxşı tanıyan, görüşəndə “Qağa mənə bir tapşırığın” deyən başçının müavini Ramiz Tatarov yol idarəsinin rəsinin başına oyun açıb ki, niyə qatı müxalifətçi Aslan İsmayılovun kəndinin yollarını təmir etdirirsən. Həqiqətən çox üzülmüşdüm, ona görə ki, bu gün də yol idarəsinin rəisinin kim olduğunu bilmirəm. Həmin Tatarov, başçılar dəyişsə də uzun illərdir ki, faktiki rayonu tək idarə edirdi. Onun necə rüşvətxor, harının biri olduğunu hamı kimi mən də bilirdim, ancaq mənə qarşı atdığı addım tam simasızlıq idi. Əsəbimdən özümə yer tapa bilməsəm də şikayət edəcək yerim də yox idi".

Paylaş »
››› "Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək" - "Qaçqınkom"-da nə baş verir...
››› Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
››› Qazaxıstan XİN Tokayevin "xəbərdarlıq etmədən güllələmək" əmrini açıqlayıb
››› 67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
››› "Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
››› 20 Yanvar və Çin...
››› Yanvarın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »