Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mirzə Davud küçəsinin gözəgörünməz bələdiyyə sədrinə xitab

Dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyələr nə işçə yarayır? Vəzifəsi nədir. İnsanlar bələdiyyədən nə kimi kömək gözləyə bilər? Öncə bu barədə qısa arayış verim.

Qanunda deyilir ki, bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər.

Bələdiyyə orqanları - səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır.[3>

Yerli əhəmiyyətli məsələlər - bələdiyyə əhalisinin həyat fəaliyyətinin bilavasitə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilən məsələlərdir.

Yerli rəy sorğusu - yerli əhəmiyyətli məsələlər barəsində vətəndaşların rəyinin öyrənilməsidir.

Bələdiyyə orqanlarının vəzifəli şəxsi - yerli özünüidarə orqanlarında təşkilatçılıq-sərəncamçılıq funksiyalarını yerinə yetirən və dövlət qulluqçuları kateqoriyasına aid olmayan, kontrakt (əmək müqaviləsi) üzrə işləyən şəxsdir.

Bələdiyyə mülkiyyəti - bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır.

Yerli ekoloji proqramlardan məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər.

Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər.

Seçkilərə 3 gün qalıb və mən hələ ki yaşadığım ərazidə nə bir bələdiyyə elanına rast gəlmişəm, nə bir təbliğat plakatı görmüşəm. Elə yaşadığım ərazidə Mirzə Davud küçəsində 17 il ərzində bir dənə bələdiyyə rəhbərinə də rast gəlməmişəm. Bu qəsəbədə beş minə qədər insan yaşayır. Hansı saylı bələdiyyədir, nə iş görüb kimsənin xəbəri yoxdurə. Biz tərəflərdə millət bir JEK ( MİS) sahəsini bilirik. O da məktəbdən arayış istəyəndə gediri, MİS – dəkilər də bir illik zibil pulunu almadan o arayışı ölsən də verməzlər. Bu qəsəbədə hər kəsin evi istilik boruları. Elektrik xətləri, dəmir yolu xətləri ilə iç içədir. Geəqondu evlər də çoxdur. Bunlar anlaşılandır. Amma əsas məslə odur ki, bələdiyyə rəhbəri hər kimdirsə bircə dəfə gəlib nə gözə görünüb, nə də mən varam deyib. Çirkab sularla, kanalizasiya problemləri ilə, bütün məişət problemləri ilə yerli əhali özü məşğul olub. Səhəri gün bizim adımızdan istifadə edib o bələdiytyə rəhbəri kiməsə nəsə hesabat verəcəksə yalan demiş olacaq, özü də qırımızı yalan. Çox istəyərdim ki, vəzifə tutmaq istəyən hər bir məmur , vəzifəsinin böyüklüyündən, kiçikliyindən asılı olmayaraq onu şəxsi maraqları üçün yox, elə vəzifəsinin icrası üçün istifadə etsin, seçkiqabağı gəlib verdiyi vədlərin hesabatını vemək üçün ayda bir dəfə seçiciləri ilə görüşə gəlsin.

Vəzifəni varlanmaq üçün deyil, xalqa xidmət olaraq görən neçə nəfər vəzifəyə seçilmək istəyərdi?

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »