Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda pulsuz səhiyyə özünü doğrultmadı - Rəsmi açıqlama

Səhiyyə müəssisələrinin Nazirliyin və ya başqa qurumun tərkibində olması vacib faktor deyil.

Bu barədə Səhiyyə nazirinin müavini Rahim Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, pulsuz səhiyyənin özünü doğrultmadığı bəllidir:

“Pulsuz səhiyyə dövlət üçün böyük yükdür və həddindən artıq böyük problemdir. Dünyanın inkişaf etmiş ölkələrində əhali icbari tibbi sığorta ilə müalicə olunur. Səhiyyə müəssisələrinin hansı qurumun tabeliyində olmasından asılı olmayaraq, tibbi sığorta ilə əhaliyə göstəriləcək səhiyyə xidmətlərinin keyfiyyəti yüksələcək”.

R.Əliyev bildirib ki, Nazirlik dövlətin səhiyyə siyasətini daima yürüdür və yürüdəcək. O vurğulayıb ki, tibb müəssisələri mərhələli şəkildə İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinə verilməsi 2020-ci il ərzində davam etdiriləcək.(oxu.az)

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »