“Azercell Telekom” MMC yeni ildən müştəriləri ilə bağladığı abunə müqaviləsinə yeni maddə əlavə edəcək.
Söhbət şirkətin abunəçilərinə mobil nömrə ilə ödəniş etmək imkanı yaratmasından gedir.
Yeni maddədə deyiləcək: "Telekommunikasiya xidmətlərinin göstərilməsi müqabilində ödənilən vəsaitlərdən, müxtəlif xidmət və malların alınması ilə əlaqədar abunəçinin müəyyən etdiyi təyinat üzrə bank və sair təşkilatlar vasitəsilə ödənişlərin həyata keçirilməsi üçün istifadə edilə bilər”.(report)