Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 17-də 69,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,04 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 68,36 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,4 dollar/barel çoxdur. (Trend.az)

Son xəbərlər
Bütün xəbərlər »