Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənlər işləmək üçün Azərbaycana üz tutur

İlin geridə qalan 11 ayı ərzində Türkmənistandan Azərbaycana 46 min nəfər gəlib. Keçən ilin analoji dövrü ilə müqayisədə 91,9 faiz artım var.

Bizimyol.info xəbər verir ki, Türkmənistandan Türkiyəyə gedənlərin sayı da artıb. Keçən ilin noyabrı ilə müqayisədə 20 faiz artım ümumi sayı 256 min nəfərə çatdırıb.

Aşqabad Aşqabad şəhərindən görüntü / Foto: orangesmile.com

Türkmənistandakı alternativ media yazır ki, ölkə əhalisi xaricə gəzmək üçün yollanmır. İqtisadi böhran üzündən türkmənlər ölkədən çıxmaq yolları axtarır. İşsizlik dözülməz həddədir.

“Türkmənlər Azərbaycana iş tapmaq üçün gedir. Ora toxuculuq məmulatları, zinət əşyaları aparırlar. Azərbaycandakı bankomatlardan pul da çıxarırlar”, - “Turkmen news” belə yazıb.

Son xəbərlər
Bütün xəbərlər »