Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident sərəncam verdi

Prezident İlham Əliyev "Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Bizimyol.info xəbər verir ki, sərəncamla Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 8 milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Xatırladaq ki, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində iştirak edib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verərək bildirib ki, Qax şəhərində mərkəzləşdirilmiş içməli su sistemi 1970-ci illərdə tikilmiş və su mənbəyi kimi Kürmük və Qumçay çaylarından istifadə olunub. Yeni layihəyə əsasən mənbə kimi İlisu kəndinin yaxınlığındakı bulaqdan istifadə olunacaq. Buradan Qax şəhərinə qədər 250-355 mm diametrli özüaxımlı magistral su kəmərinin çəkilməsi planlaşdırılır.

Şəhərdə ümumi uzunluğu 76,5 km olan yeni supaylayıcı şəbəkənin, hər birinin həcmi 1000 kubmetr olan 5 ədəd su anbarının tikilməsi nəzərdə tutulur. Layihəyə əsasən Qax şəhərində 63 km uzunluğunda kanalizasiya xətti çəkiləcək. Çirkab suların təmizlənməsi üçün məhsuldarlığı sutkada 3,8 min kubmetr olan çirkab sutəmizləyici qurğu inşa olunacaq.

Layihəyə əsasən Qax şəhərinin yaxınlığındakı Qaxbaş və Qaxinqloy kəndləri də su ilə təchiz olunacaq. Layihənin yerinə yetirilməsi ilə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qax şəhərində 13500, Qaxbaş və Qaxinqloy kəndlərində isə 7200 nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi əsaslı şəkildə yaxşılaşdırılacaq.

Dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcək “Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin 20 aya başa çatdırılması nəzərdə tutulur.

Paylaş »
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
››› Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb
Son xəbərlər
Bütün xəbərlər »