Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: “Xanımların siyasətə qarışması ölkənin pis mənada qarışmasının qarşısını ala bilər”

“Xanımların ictimai-siyasi səhnəyə cəlb edilməsi siyasi səhnənin sivilləşməsinə, qəbul ediləcək qərarların sosiallaşmasına səbəb olacaq. Müqəddəs Ailənin" deyil , siyasi-ictimai sahədə uğur qazanmış xanımların təbliğatı aparılmalıdır”

Bizimyol.info xəbər verir ki, bu fikirləri REAL partiyasının həmtəsisçisi Natiq Cəfərli səsləndirib.

Onun sözlərinə görə, “Qlobal gender bərabərsizliyi indeksi” reytinqində Azərbaycan qadınların siyasi təmsilçiliyi baxımından 153 ölkə içərisində 140-cı, parlamentdə təmsilçilikdə isə 107-ci yeri tutub.

Natiq Cəfərli Natiq Cəfərli

“Azərbaycan həmin indeksə daxil olan dövlətlər arasında qadın naziri olmayan 10 ölkədən biridir.

Üzücü nəticədir, məsələni həll etmək üçün ümumilikdə cəmiyyətin düşüncəsi dəyişməlidir - Bunun üçün də uğurlu rol-modellər lazımdır ki, həmin düşüncələri dəyişdirə bilsin. Həmçinin, televiziyalarda, mətbuatda "Müqəddəs Ailənin" deyil də, siyasi-ictimai sahədə uğur qazanmış xanımların təbliğatı aparılmalıdır ki, cəmiyyət yavaş-yavaş buna alışsın. Çünki bəzi valideynlər hələ də qız uşaqlarının oxumasına qarşıdır, nəinki siyasətçi olmasına, hələ də qadınlara qarşı müəyyən sərhədlər mövcuddur.

Skandinaviya ölkələri dünyanın ən inkişaf etmiş ölkələridir. Araşdırma aparılıb və nəticələrə görə idarəetmədə və siyasi təmsilçilikdə qadınların sayı 71 faizə yaxındır. Bu da həmin ölkələrin istər beynəlxalq əlaqələrində, istər daxili siyasətində, istərsə də iqtisadi-sosial göstəricilərində çox uğurlu nəticələr əldə etməsində vacib rol oynayır.

Sözün qısası xanımların ictimai-siyasi səhnəyə cəlb edilməsi siyasi səhnənin sivilləşməsinə, qəbul ediləcək qərarların sosiallaşmasına səbəb olacaq. Bütün siyasi partiyalar, ictimai təşkilatlar bunun üçün çalışmalıdırlar. Xanımların siyasətə qarışması ölkənin (pis mənada) qarışmasının qarşısını ala biləcək faktor ola bilər”- deyə o bildirib.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Boş verin heykəlləri-filan...
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
Son xəbərlər
Bütün xəbərlər »