Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil naziri: “Repetitorluğun tamamilə ləğvi qısa müddətdə həll oluna biləcək məsələ deyil”

Bu gün “Yeni imtahan modeli: islahatlar, nəticələr, gözləntilər" mövzusunda konfrans keçirilib. Konfransda təhsil naziri Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, deputatlar, ictimaiyyət və media nümayəndələri iştirak edib.

Bizimyol.info-nun xəbərinə görə, DİM sədri qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzinin (STM) yeni imtahan modeli ilə əlaqədar il ərzində keçirdiyi sorğu böyük önəm daşıyır.

“STM-in səsləndirdiyi fikirlər bizim üçün çox vacibdir. Bütün bu nəticələri gələcəkdə öz işlərimizdə mütləq nəzərə alacağıq. Sosial xarakterli araşdırmalar ilk dəfə olsa da bunu davam etdirmək lazımdır. Araşdırmalar üçün qoyulan məsələlər ilkin kəşfiyyat xarakterli aparılan sorğudur".

M.Abbaszadə vurğulayıb ki, problemləri təkcə şagirdlərdən soruşmaq yox, müəllimlərlə, təhsil sistemində işləyən ekspertlərlə birlikdə müəyyənləşdirib daha dərin tədqiqatlar aparmaq lazımdır.

Məleykə Abbaszadə Bizimyol.info-nun “Məktəblərdə müəllimlərin maaşı artırılarsa dərsin keyfiyyəti yüksələcək və məcburi repetitorluğa son qoyacaqmı?” sualını belə cavablandırıb.

“Repetitorluq bütün dünyadakı ölkələrin məktəblərində var, bu təcrübə hər yerdə mövcuddur. Ola bilər ki, valideyn uşağının əlavə dil, musiqi, hansısa alətdə ifa etməyini öyrənməsini istəyir, o zaman repetitor tutur. Bunu qadağan edə bilmərik. Lakin məktəblərdə dərs keyfiyyəti yüksək olarsa valideyn uşağının əlavə repetitor yanına getməsini istəməz və bu yük onun çiyinlərindən qalxar”.

Təhsil naziri Ceyhun Bayramov mövzu ilə əlaqədar bildirdi ki, repetitorluğun ləğvi asan və qısa müddətdə həll oluna bilinəcək məsələ deyil.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Cavid Qurbanovun xətrinə qəbul edilən qanun: "Topaz" fəlakəti böyüyür...
››› "Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli..."
››› Mərkəzi Bankn valyuta məzənnələri
››› “Bir cənub şəhərində”: Sovet sisteminə qarşı çıxan Azərbaycan filmi...
››› Xarici vətəndaşlar Azərbaycanda daşınmaz əmlaka niyə pul xərcləmir?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Skandinaviya ölkəsi Rusiyanın mümkün hücumunu dəf etməyə hazırlaşır
Son xəbərlər
Bütün xəbərlər »