Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakının mərkəzində iti döyən şəxsə belə etiraz edildi – Video

Paytaxt sakini Fəvvarələr Meydanında axşam saatlarında xoşagəlməz mənzərənin şahidi olub.

Bizimyol.info xəbər verir ki, vətəndaş Anarə Məmmədova iti döydüyü iddia olunan şəxsə irad tutub. O, tənqid etdiyi şəxsi və döyüldüyü iddia olunan iti çəkərək telefonun yaddaşına köçürüb.

“Bir şəxs Pudel cinsindən olan iti gəzidirirdi. Pudel kirin içində, başı aşağı, yazıq-yazıq bunun yanında gəzirdi. Bu məxluq isə onu təpikləyirdi. Mən etiraz edəndə o mənə “yaxşı eliyirəm, mənim itimdi özüm bilərəm” dedi. Yazıq it onun əlinə necə keçibsə... Canlıya çox pis rəftar edirdi”,-deyə A.Məmmədova bildirib.

Video sosial şəbəkədə paylaşılandan sonra etirazlara səbəb olub. Heyvan haqları üçün birləşən şəxslər iti döyməkdə iddia olunan şəxsin məsuliyyətə cəlb olunmasını xahiş ediblər.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsi heyvanlarla rəhmsizcəsinə rəftar edilməsi, onların və digər heyvanlar aləmi obyektlərinin qorunması üzrə tədbirlərin görülməməsi ilə bağlıdır. Məcəllənin 129.1-ci maddəsinə əsasən heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə iyirmi beş manatdan qırx beş manatadək miqdarda cərimə edilir.

Qeyd edək ki, Pudel çox bahalı və nadir it cinsi sayılır.

Paylaş »
››› Yenə dünyanı güldürməyi bacardı: Türkmənistanda daha bir qadağa
››› Kremli ağır günlər gözləyir: Avropa Rusiyadan qaz asılılığına son qoyur
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› Medvedev: Geri çəkilməyə yer yoxdur, “arxada Moskvadır”
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
Son xəbərlər
Bütün xəbərlər »