Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nəcəfsiz 20 il - Video

1999-cu il dekabrın 17-də Nəcəf Nəcəfov dünyasını dəyişib. Gənc nəsil üçün bu ad heç nə ifadə etmir. Baxmayaraq ki, nə isə ifadə edən adların heç də hamısı buna layiq deyil.

Maraqlıdır ki, faktiki olaraq müasir Azərbaycanda müstəqil jurnalistikanın banisi olan bu insanı bu gün çox az adam tanıyır.

Jurnalist Etikasının bir çox müddəalarını faktiki olaraq Nəcəf işləyib hazırlayıb, jurnalistlərin hüquqlarının müdafiəsi ilə bağlı tədbirləri də. Bu, sadəcə kağız üzərində əks olunan ideyalar və etiraz aksiyalarında iştirakdan ibarət deyildi, ölkənin ali rəhbərliyi tərəfindən real tədbirlərin görülməsinə nail olmaq qabiliyyəti idi.

20 və hətta 30 il əvvəlki jurnalistika standartları bugünkindən xeyli yüksək idi. Jurnalistlər yalan danışmağa, sifarişli yazı yazmağa ehtiyat edirdilər. Belə bir şey baş verdikdə isə “ləkə” uzun müddət təmizlənmirdi. Bəziləri o “ləkə”ni hələ də silə bilməyib.

Hazırki cəmiyyətdə həmin yüksək standartların əksəriyyəti yox olub, çox şey “satılır və alınır”. Şərəf və ləyaqət dəyərdən düşüb və bəzən bu anlayışlar həyatdan geri qalmaq, həyatı yoluna qoya bilməmək və ya uğursuz insanlara xas xüsusiyyətlər kimi qəbul edilir.

Son 20 ildə jurnalistikada təkcə standartlar deyil, avtoritetlər də dəyişib. Belə ki, bu gün jurnalist etikası barədə çox vaxt buna mənəvi hüququ olmayanlar danışır. 15 il əvvəl demokratiya barrikadasında dayananlar bu gün əks tərəfdədir və “yem təknələri”ni itirməmək üçün dəridən-qabıqdan çıxır.

Nəcəf belə bir şeyin mümkün olacağını təxmin edirdimi? Deyəsən, edirdi. Ömrünün sonuna yaxın o, belə bir söz dedi: "Bu ölkədə hələ 60 il heç nə dəyişməyəcək."

Bu, sadəcə onun qəlbinin hayqırtısı deyildi və bu qədər bədbin olsa da, irəliyə baxır, gələcəyi düşünürdü: "Biz bu gün getdik, amma, sabah qayıdacağıq". "Xalq, indi söydüyü demokratiyanı hələ yada salacaq!"

"Molodyoj Azerbaydjana" və "Azadlıq" qəzetlərinin redaksiyalarında Nəcəfin masasıında həmişə Redyar Kiplinqin "Vəsiyyət" şeri var idi. Bu əsər Nəcəfin özünün və onun kimi insanların həyat yolunun ən yaxşı səciyyəsidir. Masa üzərində olması onun bu şeiri dəfələrlə oxuduğunu yox, həm də belə bir taleyə hazır olduğunun göstəricisi idi. (Turan.az)

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Hərbi geyimi qanunsuz şəkildə gəzdirən “qazi”lər, yaxud sosial şəbəkə “fenomen”ləri – “Adam “like” toplamaq istəyir, “qazi” adından istifadə edir”
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »