“Barselona” və “Real” növbəti dəfə üz-üzə gələcək. İspaniya çempionatında eyni sayda xal toplayan klublar üçün bu qarşılaşma çox vacibdir. Bukmeyker kontorları “Barselona”nın qələbə şansını daha çox olduğunu düşünür.
Bizimyol.info xəbər verir ki, futbolçularının transfer qiymətinə görə də Kataloniya klubu rəqibini geridə qoyur. “Transfermarkt.de” “Barselona”nın oyunçularının ümumi dəyərinin 1 milyard 190 milyon avro olduğunu bildirir. “Real”ın futbolçuları cəmi 10 milyon avro geri qalır.
Amma belə hesablama ədalətli olmur. Çünki “Barselona”nın heyətində mövsümün əvvəlindən bəri “Real”a nisbətən meydanda 3 futbolçu az görünüb. Yalnız meydana çıxanların qiymətlərini hesablasaq, fərq bir az da artır. Onda “Barselona”lıların ümumi dəyəri 1 milyard 175 milyon, “Real”dakıların isə 1 milyard 109,5 milyon avro olur.
“Transfermarkt.de” portalının versiyasına görə, ən bahalı futbolçular Lionel Messi və Eden Azardır (hər ikisi 150 milyon avro). Antuan Qrizmanna 130, Usman Dembeleyə 100, Mark-Andre ter Ştegenə 90, Frenki de Yonqa isə 85 milyon avro qoymət qoyulub. Təəccüblü olan Luka Modriçin qiymətidir. Almaniya saytı xorvatın transfer qiymətinin 20 milyon avro olduğunu iddia edir. Məsələn, “Barselonanın”ın gənc futbolçusu Ansu Fatinin adının qarşısında 25 milyon avro yazılıb.
Bizimyol.info