Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mister Bin”in qızı kimə oxşayıb: Atasına görə soyadını dəyişib - Foto

Sosial şəbəkələrdə məşhur aktyor Rouen Atkinsonun qadın versiyasıyla bağlı xeyli gülməli şəkillərə rast gəlmək mümkündür. İnsanlar “Mister Bin”in qızı haqda xəyali fotolar düzəldirlər. Halbuki Atkinsonun qızının xarici görünüşü görənləri valeh edir.

Bizimyol.info xəbər verir ki, “Mister Bin” iki dəfə evlənib. İlk həyat yoldaşı ilə 24 illik birgə həyatdan iki övladı dünyaya gəlib: Ben və Lili. Beş il əvvəl boşanan Atkinson 2017-ci ildə yenidən ailə həyatı qurub. Yenə bir qızı doğulub: İsla. Təbii ki, gözəllikdən danışırıqsa, söhbət Lilidən gedir.

Lili Sestri, Mister Binin qızı

“Mister Bin”in qızı valideynlərinin ayrılığından sonra gözlənilməz qərar verib. Anasını seçib və soyadını Sestriyə dəyişib. Atasına oxşamayan qız onun yolunu getməkdən imtina edib. Lili müğənnidir, 14 yaşından musiqi bəstələyir. Atkinsonun qızını tez-tez London kabarelərində görmək mümkündür.

Ben də atasının yolunu getmir. “Mister Bin”in oğlu hərbçi olmaq qərarına gəlib.

Son xəbərlər
Bütün xəbərlər »