Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peyğəmbəri təhqir edən film insanları özündən çıxardı - Video

“Netflix”in çəkdiyi Yeni il komediyasına görə aləm bir-birinə dəyib. Xristianlar “Məsihin ilk günahı” filmində İsa peyğəmbərin təhqir olunduğunu düşünürlər.

Bizimyol.info xəbər verir ki, komediyada İsa Məsih homoseksual kimi təqdim olunub. Filmlə bağlı dərhal etiraz səsləri ucalmağa başlayıb. Hətta “change.org” portalında bununla bağlı petisiya yaradılıb. Tələb edilir ki, rəsmi şəkildə İsa peyğəmbərin homoseksuallığı ilə bağlı iddia təkzib olunsun. İndiyə qədər petisiyaya 1,8 milyondan artıq imza atılıb.

“Snopes” portalının yazdığına görə, 46 dəqiqəlik ekran əsərində, həqiqətən də, İsa Məsihin ənənəvi orientasiyadan uzaq olması göstərilir. Epizodlardan birində onun 30 yaşının qeyd olunduğu qonaqlıqda İsa sübut etməyə çalışır ki, səhrada vaxtını yol yoldaşı Orladno ilə keçirib. Filmdə Məryəm marixuana həvəskarı kimi təqdim edilib.

Son xəbərlər
Bütün xəbərlər »