Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
18 il əvvəl lotereyada milyonçu olan başqırd ailə milyonları hara xərclədi... - Foto

2001-ci ildə Rusiyada Məhəmmədzyanovlar ailəsi çox məşhurlaşmışdı. Zarafat deyil, lotereyada milyonlar udmuşdular. Bəs başqırd ailə milyonları hara xərclədi?

Bizimyol.info xəbər verir ki, indi həmin xoşbəxt ailədən heç nə qalmayıb. Nadejda Məhəmmədzyanova o sevincli gündən 5 il sonra vəfat edib. Onun həyat yoldaşı isə yoxsul həyatı sürür.

Niyə belə oldu? Niyə 29 milyon rublu qoruya bilmədilər? Axı o dövrün meyarlarına görə söhbət təxminən 1 milyon dollardan gedirdi.

Məhəmmədzyanovlar özləri də anlamadı ki, milyonlar nə tez əridi. Uzun illər kasıb yaşamışdılar. Əllərinə pul düşən kimi yeni mənzil, avtomobil aldılar. Yaşlı valideynləri də unutmadılar, onların da təzə evi oldu. Amma qohum-əqrəbadan qaçmaq mümkün deyildi. Başqırd ailənin evinin qonaqsız günü olmurdu. Az qala hamı borc istəyirdi. Bir tərəfdən də əyyaşlıq. Bir gün gözlərini açıb gördülər ki, ciblərində siçanlar oynayır. Nadejda yenidən yoxsulluğa hazır deyildi...

Statistika göstərir ki, lotereyada uduş hər adama, ailəyə xoşbəxtlik gətirmir. Hər şeydən əvvəl pullardan düz istifadə etməyi bacarmaq lazımdır.

Son xəbərlər
Bütün xəbərlər »