Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Adnan Oktarın “kedicik”lərinin valideynləri şok keçirdi: həbsxanadan çıxan qızlar evə gəlmir

Keçən ilin iyulunda Türkiyədə qadınları əxlaqsızlığa cəlb etmək, dövlətə qarşı əməllər və bir çox başqa cinayətlər törətmək ittihamıyla həbs olunan Adnan Oktarın məhkəmə prosesi hələ də bitməyib.

Məhkəmə ittiham aktında adı yer alan teoloqun bəzi tərəfdarlarını ev dustaqlığına buraxıb.

Bizimyol.info xəbər verir ki, bu cür cəza alan 91 nəfərdən 77-si qadındır. Bəs Adnan Oktarın “kedicik”ləri indi harada qalır?

“Sabah” qəzeti bununla bağlı araşdırma dərc edib. Araşdırmaya görə, məhkəmədə günahsız olduğunu göz yaşları ilə çatdıran “kedicik”lərin az qala hamısı yenə Oktara sığınıb. Həmin qadınların əksəri dini liderin yaxınlarının villalarına sığınıb. Oktarı olduğu iddia edilən otellərdə qalanlar da var.

Ümumiyyətlə, məhkəmənin ev dustaqlığı qərarından sonra həbsxanaların qarşısına yığışan valideynlər şok keçirib. Qızların heç biri gözə dəyməyib. Onlar xüsusi avtomobillərdə Oktarın yaxınları ilə gediblər. Valideynlər yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi düşünür.

Son xəbərlər
Bütün xəbərlər »