Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bələdiyyələr sənədsiz evlərə sənəd verə bilməz – Atmalı olduğunuz addımlar haqqında

İcbari əmlak sığortası məsələsi gündəmə gələndən sonra və ilin sonu yaxınlaşıb vaxt daraldıqca insanlarda çaşqınlıq yaranmaqdadır. Xüsusən sənədsiz evlərdə yaşayan insanları yaşdıqları ərazilər üzrə bələdiyyə nümayəndələrinin evlərinə təşrif buyuraraq müxtəlif sənədlər tələb etməsi həyəcanlandırıb.

Xətai rayon ərazisində yaşayan Bilal Mürvətov Bizimyol.info saytına müraciət edərək bildirib ki, bələdiyyə nümayəndələri tez- tez gələrək evlərin sənədləşdiriləcəyini deyirlər:

“Evlərimiz kupçasızdır. 30 ildi burda yaşayırıq. Bələdiyyələr hərəkətə keçərək sənədsiz evlərin qeydiyyata alınması üçün müvafiq sənədlər toplamaq məqsədilə müəyyən məkanlarda yerləşən sənədsiz evlərə yaxınlaşır.İndi gəlib deyirlər ki, neft torpaqlarıdır, boruların yanından keçir. Hərəyə bir söz deyirlər. Bu vaxt ərzində mən bələdiyyənin bir dənə xidmətini görməmişəm. Suyumuzu , qazımızı, işığımızı özümüz çəkmişik, yollara özümüz daş tökmüşük. Bir iki ay öncə gəlib deyirdilər bir az hörmət edin, sənəd düzəldək. Kasıb adamlarıq. Bizim halımız necə olacaq?”.

Öncə qeyd edək ki, bələdiyyələr 2007-ci ilə qədər evlərə “kupça” verə bilirdi. Həmin tarixdən etibarən bu səlahiyyət onların əlindən alınıb.

İndiki halda qeydiyyatda olan şəxsin şəxsiyyət vəsiqəsinin surəti, vergi ödəyicisi olduğunu sübut edən sənədlər, ev üzərində hər hansı problemin olmadığını təsdiq edən sənəd və torpaq sahəsinin sənədi tələb olunur. Qanunla sənədlər bələdiyyənin ərazi idarəetmə rəisinin və bələdiyyə sədrinin baxışından keçdikdən sonra ərazinin tabe olduğu İcra Hakimiyyətinə göndərilir. Daha sonra sənədləşmə işi gedir və “kupça”ların paylanmasına başlanır.

Evlərin sənədləşdirilməsi prosesi iki istiqamət üzrə mümkündür:

Birincisi, torpağa hüquqi təsdiqedici sənəd olmalıdır. Əgər torpaq bələdiyyə ərazisində yerləşirsə, qurumdan həmin torpağın alqı-satqı aktı olmalıdır. Daha sonra həmin akt əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alınır. Sonra isə torpağın üzərindəki tikililər sənədləşdirilir.

İkincisi isə, qeyri-qanuni evlərə ümumi amnistiya tətbiq edilə bilər. Bu da yalnız ölkə Prezidentinin səlahiyyətindədir. Bələdiyyədə torpağın alqı-satqısı hərrac yolu ilə aparılır və qiymət də burada müəyyən edilir. Alqı-satqı çıxarışının qiyməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 30 manat, “texpasport” isə 70 manatdır. Bundan başqa ödəniləcək dövlət rüsumu yoxdur. Əgər həmin torpağın üzərində ev varsa, ikinci mərhələdə memar tərəfindən ona layihə sənədi işlənir. Bu layihə üçünsə 500-1000 manat vəsait tələb olunur. Son məqamda layihə və torpağın sənədi müvafiq qurumlara təqdim edilir. Beləliklə “kupça”nın hazırlanma mərhələsi başlayır.

İlhamə

Bizimyol.info

Paylaş »
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
Son xəbərlər
Bütün xəbərlər »