Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polislər oğurlanmış uşaqları tapmaq üçün fəhləlik etdilər

Türkiyənin Antalya şəhərinin polisləri atası tərəfindən qaçırılan uşaqları tapıb.

“Milliyet”in xəbərinə görə, Dənizlidə yaşayan rus Yekaterina Yefimova və türk əri Bəkir A. yola getmədikləri üçün ayrılmaq qərarına gəliblər.

Boşanma ərəfəsində olan ər beş yaşlı İrmak Liona və dörd yaşlı Edqar adlı iki uşağını qaçırıb.

Ananın müraciətindən sonra polislər uşaqların yerini müəyyən etmək üçün onların atalarına məxsus bağlarda, tarlalarda müvəqqəti işə başlayıblar.

Qalmağa yerlərinin olmadığını deyən polisləri Bəkir uşaqlarını gizlətdiyi evə aparıb.

Məlum olub ki, ata uşaqlarını Pamukkale rayonunda suriyalı ailənin yanında gizlədib.

Faysal Məhəmməd, Senal Məhəmməd adlı cütlük və uşaqların atası polis tərəfindən nəzarətə götürülüb.

Onların istintaq müddətində azadlıqda qalmasına qərar verilib.

Artıq ümidini itirib Rusiyaya gedən anaya xəbər verilib. Türkiyəyə qayıdanda uşaqlar analarına veriləcək.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »