Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ayaqyalın qaçaraq 3 dəfə çempion olan qıza Nike brendi sahib çıxdı

Qələbə əzmkarlığı və düşünmək qabiliyyəti bu balaca kasıb qıza şöhrət və pul qazandırıb. Söhbət Filippinli Reya Bullosdan gedir.

Bizimyol.info xəbər verir ki, qaçış yarışlarında iştirak edən və 400,500,800 metr məsafələrdə ölkə çempionu olan Reyanı dünyada tanıdan idman göstəriciləri yox ayaqqabıları olub.

İdman yarışlarına qatılmaq üçün krossovkaları olmayan qız adi plastırdan özünə ayaqqabı düzəldib. Daha doğrusu ayaqları zədələnməsin deyə plastırları ayağına sarıyıb və üzərinə adi qələmlə NİKE yazıb. Çempion olduqdan sona “ayaqqabıları” ilə fotoqrafların diqqətini çəkən qıza Nike firmasından təklif gəlib. Onlar Reyanı brendlərinin, yəni yeni ayaqqabıların reklamında çəkilməyə dəvət ediblər.

İndi Reyanın arzusu Nike krossovkalrı ilə Olimpiya yarışlarına qatılmaqdır.

İlhamə

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »