Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalistlər Nəcəf Nəcəfovun xatirəsini andılar - Video

Görkəmli Azərbaycan jurnalisti, müasir Azərbaycan mətbuatının banilərindən biri Nəcəf Nəcəfovun anım günü keçirilib.

Bizimyol.info xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində keçirilən tədbirdə onunla bir yerdə qəzetdə və müxtəlif vəzifələrdə çalışdığı həmkarları onunla bağlı xatirələrini bölüşüb.

“Nəcəf Nəcəfov-jurnalist və redaktor” mövzusunda “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev, “Nəcəf Nəcəfov-ictimai-siyasi xadim” mövzusunda “Yeni Nəsil" Azərbaycan Jurnalistlər İttifaqının sədri Arif Əliyev, “Nəcəf Nəcəfov-ləyaqətli insan və vətəndaş” mövzusunda jurnalist Şahin Hacıyev danışıblar.

Mehman Əliyev bildirib ki, Moskvadan təhsil alıb Bakıya qayıtdıqdan sonra Nəcəf Nəcəfovun redaktoru olduğu "Molodyoj Azerbaydjana" qəzetində çalışıb: “O, tapşırıqla işə qəbul etmirdi. Xoşu gəlmirdi belə şeylərdən. Nəcəf müəllim məni sınaq müddətində işə qəbul etdi.

O sadəcə jurnalistika ilə məşğul deyildi. Vətəndaş olaraq vətəndaş borcumuzu da yerinə yetirək. O qaçılmaz və bir-birinə bağlı məsələlərdir. Bu mənada Nəcəf Nəcəfov mənim üçün böyük örnək olubdur”.

Arif Əliyevin sözlərinə görə, Nəcəf Nəcəfov özünü siyasətçi hesab etməyib.

“Nəcəf müəllim məni də sınaq müddətində işə götürüb. O, məni Moskvada ali təhsil almış və orada işləmiş adamı sınaq müddətində işə qəbul edəcəyini bildirdi. Səsimi çıxarda bilmədim”,-deyə Arif Əliyev bildirib.

Şahin Hacıyev deyib ki, ciddi problem olanda Nəcəf Nəcəfov ona reaksiya verirdi: “Meydan hərəkəti ərəfəsində bəzi redaktorlar ehtiyat edirdilər. Onlar bizə qəribə yanaşırdılar. Onlar bizdən nə fikirləşdiyimizi soruşurdular. Onlar bizə bu hadisələrin müvəqqəti şey olduğunu və bizə ehtiyatlı olmağımızı tövsiyyə edirdilər”.

Tədbirdə Nəcəf Nəcəfova həsr olunmuş filmin təqdimatı keçirilib.

Qeyd edək ki, N.Nəcəfovun rəhbərlik etdiyi “Molodyoj Azerbaydjana” qəzetinin 1988-ci ildə Qarabağ hadisələri başlayarkən ölkə həyatında rolu, təsiri və populyarlığı daha da artıb və qəzet erməni separatçılarının Azərbaycana elan etdiyi ideoloji müharibəyə qarşı qərargaha çevrilib.

Nəcəf Nəcəfov 1999-cu il dekabrın 17-də uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »