Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəşid Mahmudov: “Biz binamus, biqeyrətik bəyəm?”

Bizimyol.info-nun müsahibi tanınmış həkim, tibb elmləri namizədi Rəşid Mahmudovdur.

- Rəşid müəlllim, parlament seçkiləri olacaq. Hər zaman açıq sözlü insan olmusunuz, xalqın ürəyindən keçənləri deməklə ürəklərdən tikan çıxarmısınız. Sizi deputat görmək istəyənlər var...

- Siz nə danışırsınız. Mən 82 yaşıma grmişəm. Hec cavan da olsam istəməzdim. Heç vaxt vəzifədə gözüm olmayıb. Deputat ilk növbədə hüquqşünas olmalıdır.Mən deputat olmasam da öz sözümü deyirəm. Gərək orda oturub deyim?

- Amma parlamentdə deputatların çoxusu susur. İnsanları sizin kimi danışan, problemləri dilə gətirən millət vəkili görmək istəyirlər.

- Susanlara yazığım gəlir. Onlara quzu deputat deyirlər.

- Şou -biznes nümayəndələri də deputatlığa həvəsləniblər.

- Müğənnidən deputat olar? Onların işini heç qəbul eləmək lazım deyil. Gülməli-gülməli danışmasınlar.

- Zeynəb Xanlarova da müğənni idi, amma iki dəfə deputat seçildi...

- O da Sovet dövründən qalma idi. Guya deputat olub neylədi ki. Olmamamldıır. Birmənalı olaraq olmaz. Orda bir az çox pul verirlər ömürlərinin axırına kimi yaxşı pul alırlar. Ona görə can atırlar.Hərə gərək bildiyi işdən yapışa. Sürücü də olanda yaxşı sürücü olmalısan, müəllim olsan da yaxşı müəllim . Bizdə cəmiyyət öz işini bilənə işini tapşırmadığına görə yıxılır.Bax jurnalist olaraq siz necə düşünrsünüz, müğənnidən deputat olarmı?

- Axı cəmiyyətə mənim yox sizin fikriniz maraqlıdır?

- Belinskini oxumusunuzmu? Ya Puşkini? Puşkin nə yazırdı. Yevgeni Onegin belə sevdi, elə sevdi. Puşkin elə də böyük şair deyil. Puşkini Puşkin eləyən Belinski olub. Amma Rəsul Rza nə yazırdı?! Rəsul Rza deyirdi ki,

Açıram pəncərəni üşüyürəm

Bağlayıram tövşüyürəm.

Deyəcəksən, gah aç, gah bağla

Məni nadan sanma

Kişisən suala cavab ver

Üşüsəm yaxşıdı, tövşüsəm?

Sətiraltı məna var burda. Düzünü danışanı Sibirə sürgün edirdilər, danışmırdı özü boğulurdu. Rəsul Rza əlbəttə Puşkindən yaxşı şair idi.Ya Sibirdə soyuqdan ölməliydi, ya da burda ürək xəstəliyindən. O cümlədən Mayakovskidən də yaxşı yazırdı.Sözümün canı odur ki, deputat seçimlərində həmişə ədalətsizlik oub. Orda fikirləşməyi və düzgün fikir yürütməyi bacaranlar oturmalıdır.

- Bəs gənclərin gətirilməsinə nə deyirsiniz?

- Mən xalqıma, prezidentimə üz tutub deyirəm- gəncləri qabağa çəkmək lazımdır. Gəncərə yol verilməlidir. Dünyada 6000-dən çox etnik qrup və millət mövcuddur. Bunların yalnız 193-nün dövləti var. Bu dövlətin qədrini bilməliyik də. Sata – sata getmişik torpağı.Bu gün Məmmədəmin Rəsulzadəni bəyənmirik, amma Məmmədəminin bayrağından, himnindən, qurduğu dövlətədən istifadə edirik, özünü də bəyənmirik, bir dənə heykəl də qoymuruq. Ayıbdır.Bu ölkəni ingilis, fransız düzəltməyəcək e. Biz düzəltməliyik. Malakan bağında lüt qadın heykəli qoyulur, amma Mübariz İbarhimovun, Məmməd Əmin Rəsulzadənin heykəli qoyulmur. Niyə? Biz binamus, biqeyrətik bəyəm? Cəmiyyətdə deyirlər ki, gənclərin idarəçilik təcrübəsi yoxdur. İdarəçilik yox e, rüvət almaq korrupsiya, qalmaqal təcrübəsi yoxdur. Ona görə istəmirlər. Yoxsa çox savadlı, parlaq zəkalı cavanlarımız var, onlara yer verilməlidir.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »