Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Talış İctimai Şurasının yaradılması səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi bir neçə gün öncə Talış İctimai Şurası yaradılıb. Bəs bu şuranın yaradılması hansı tələbatdan irəli gəlib.

Bizimyol.info-nun sulaını şuranın təsisçilərindən biri, hazırda Hollandiyada yaşayan hüquqşünas Ataxan Əbilov cavablandırır.

Ataxan Əbilov bildirib ki, bu günə qədər ölkədə talış sözünün işlədilməsi o qədər də arzuedilən deyildi və talış sözü separatçı sözünün sinonimi kimi işlədilirdi.

“Yaradılan şura tam hüquqi əsaslarla yaradılıb, lakin bölücü xarakter daşımır. Şura tənqidi fikirlər səsləndirə bilər. Bu olsa olsa siyasi rejimə və hökumətə qarşı ola bilər, dövlətə qarşı yox. Bu gün dünya ictimaiyyəti dünya xəritəsində dövlətlərin sərhədərinin dəyişməsinin tərəfdarları deyillər. Şura olaraq biz də bunun tərəfdarı deyilik. Hamı sual verir, şura nə məqsədlə yaradılıb?

Son onillikdə Azərbaycan iqtidarının apardığı siyasət nəticəsində ziddiyətli dualizm yaranıb. Bu strategiya belə bir fikir yaradıb ki, yaxşı talış ola bilirsənsə yaxş Azərbaycan vətəndaşı ola bilməzsən və ya əksinə. Hökumət belə bir fikir yaradıb. Mən həm yaxşı talış həm də yaxşı vətəndaş olmaq istəyirəm. Bu ziddiyyətin aradan qaldırılması bizim şuranın əsas məqsədidir. Mən Ataxan Əbilov həm yaxşı talış həm də yaxşı Azərbaycan vətəndaşı olmaq istəyirəm”.

Bundan əlavə Ataxan Əbilov talış dilinin tədrisi ilə bağlı problemlərin olduğunu, hökuməti talış dilində tədrsi etməyi bacaran kadrlar hazırlamamamda ittiham edib. “Ermənistanda talış dili tədris olunur Azərbaycanda yox” deyən Ataxan Əbilov Ermənistanda talış dilinin öyrədilməsini Ermənistanın Azərbaycanın daxili işlərinə maraq göstərməsi kimi açıqlayıb.

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
Son xəbərlər
Bütün xəbərlər »