Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəyin qardaşı gəlini döydü, toydan sonra ayrıldılar

Uelsdə yenicə evlənən cütlük bir neçə saat sonra ayrılmaq qərarına gəlib. Bəyin sağdışının özünü adekvat aparmaması işləri korlayıb.

Bizimyol.info xəbər verir ki, əsgər Steffan Uilson və Erin Meyson-Corc toylarını otellərdən birində keçiriblər. Bəyin sağdışı olan qardaşı Tomas Raydian Uilson özünü idarə edə bilməyəcək qədər sərxoş olub, gəlini döyərək pilləkənlərdən aşağı itələyib. Tomas bundan sonra Erinin iki bacısına və anasına hücum edib. O, qışqıraraq deyirmiş ki, qardaşı bu qızla evlənməməliydi.

Həmin dəqiqədən sonra cütlüklər bir daha görüşməyib. Toydan bir neçə saat sonra Erin polisə müraciət edib. Beləcə, cütlük yollarını tam ayırıb.

Son xəbərlər
Bütün xəbərlər »