Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanlar parol üçün ən çox hansı qadın adlarından istifadə edir...

İnsanlar müxtəlif proqramlara, sosial şəbəkə hesablarına daxil olmaq üçün parol seçimində çox baş sındırmır. Adətən, oxşar kombinasiyalara üstünlük verilir.

Bizimyol.info xəbər verir ki, “NordPass” şirkəti ən çox istifadə olunan parolları açıqlayıb. 500 milyon kombinasiya arasında yenə “12345”, “11111” və “123321” liderlər mövqeyindədir. Təxminən 800 min nəfər klaviaturanın ilk iki cərgəsinin hərflərindən istifadə edib (“qwerty” və ya “asdfgh”).

Parol seçərkən qadın adlarına xüsusi üstünlük verilir. Ən çox “Nicole”, “Jessica” və “Hannah” istifadə olunur.

Təxminən 100 min nəfər “princess, “iloveyou”, “test” kimi populyar ifadələrə üstünlük verib. Mütəxəssislər isə həmişə mürəkkəb kombinasiyalardan istifadə etməyi məsləhət görür. Tövsiyə belədir ki, parolda həm hərflərə, həm də rəqəmlərə müraciət olunsun.

Son xəbərlər
Bütün xəbərlər »