Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SSRİ-dən qalma çox baha satılan 6 əşya - Fotolar

SSRİ-nin tarixə qovuşmasından 28 ildən çox keçib. Amma həmin imperiyadan qalma elə əşyalar var ki, çox baha satılır. Bizimyol.info xəbər verir ki, 6 əşyaya xüsusilə baha qiymət qoyulur.

Radioqəbuledici – İndi bu cihazı az evlərdə görmək mümkündür. Halbuki saz vəziyyətdə olanı ələ düşmür. Hətta 500 dollara satılanı var.

Patefon plastinkalarını səsləndirən cihaz – Sovet vaxtı da ucuz deyildi. İndi Rusiyada ən yaxşı halda 550-600 dollara tapmaq mümkündür.

Soyuducu – ZİL-i axtaran çoxdur. 650 dollar qiyməti var.

Saat – Xüsusilə sovet dövrünün qol saatlarına böyük ehtiyac var. Dəqiq işləməyi saatı bir az da qiymətə mindirir. 800 dollara satılanına rast gəlmək olar.

Servant avadanlığı – Ovaxtkı yeməkxana ləvazimatlarının, servizlərin indi xüsusi hörməti var. Yenə böyük pullardan söhbət gedir.

Dəmir pullar – Elə qəpik var ki, 5 min dollara satılır. Məsələn, 1958-ci ilin 5 qəpiyi. Bundan başqa, 1925-ci ilin 2 qəpiyi, 1927-ci ilin 2 qəpiyi, 1924-cü ilin 1 qəpiyi, 1926-cı ilin 3 qəpiyi, 1933-cü ilin 5 qəpiyi, 1925-ci ilin 1 qəpiyi, 1924-cü ilin 5 qəpiyi, 1936-cı ilin 5 qəpiyi və 1946-cı ilin 20 qəpiyi çox axtarılır.

Son xəbərlər
Bütün xəbərlər »