Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan jurnalistikasının vicdanına film həsr olunub - Fotolar

Görkəmli Azərbaycan jurnalisti, müasir Azərbaycan mətbuatının banilərindən biri Nəcəf Nəcəfovun anım günü ərəfəsində ona həsr olunmuş filmin təqdimatı keçirilib.

Bizimyol.info xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində keçirilən tədbirdə onunla bir yerdə qəzetdə və vəzifələrdə çalışan şəxslər onunla bağlı xatirələrini bölüşüb.

“Nəcəf Nəcəfov-jurnalist və redaktor” mövzusunda “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev, “Nəcəf Nəcəfov-ictimai-siyasi xadim” mövzusunda “Yeni Nəsil" Azərbaycan Jurnalistlər İttifaqının sədri Arif Əliyev, “Nəcəf Nəcəfov-ləyaqətli insan və vətəndaş” mövzusunda jurnalist Şahin Hacıyev danışıblar.

Ramid İbrahimov

Fotolar müəllifindir

Son xəbərlər
Bütün xəbərlər »