Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kasıb ailədə böyüyənlərdə görəcəyimiz 5 xüsusiyyət

Kasıb ailələrdə dünyaya gələnlər sonradan bir çox vərdişləri özü ilə daşıyır. Həmin xüsusiyyətlər ömür boyu bu insanların ümumi obrazında yer alır.

Bizimyol.info xəbər verir ki, kasıb ailədə böyüyənləri daha çox 5 vərdişlə müəyyənləşdirmək mümkündür. Hətta yaşa dolmaq da insanı bu xüsusiyyətlərdən uzaq tutmur.

Birincisi, hər şeyin ucuzunu tapmağa çalışırlar. Çünki uşaqlıqda belə görüblər. Həmişə “qara gün” haqda düşünməli olublar. Ona görə maksimum qənaət edir, pul toplayırlar.

İkincisi, başqasının paltarını geyinməyə normal baxırlar. Yenə uşaqlıq vərdişi. Buna görə kompleks yaşamırlar.

Üçüncüsü, dəblə ayaqlaşmağa cəhd etmirlər. Yəni onların əynində “Gucci”, “Armani” məhsullarını görməzsiniz. “Ayfon 11” də işlətmirlər.

Dördüncüsü, artıq əşyalardan yaxa qurtarmağı bacarmırlar. Elə bilirlər ki, köhnə əşyalar nə vaxtsa işə yarayacaq.

Beşincisi, mərhəmət hissidir. Əmin olun, küçədə dilənçiyə həmişə pul verirlər. Onlar insanları anlamağa çalışır.

Amma bütün hallarda keçmişlə yaşamağa dəyməz.

Son xəbərlər
Bütün xəbərlər »