Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Media kapitanları "Bizim Yol"a dəstək verdi

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) KİV layihələrinin maliyyələşdirməsi ilə bağlı dekabrın əvvəlində müsabiqə elan etməli idi. Lakin hələ ki, müsabiqə elan olunmayıb. Gecikmənin səbəbi barədə Bizimyol.info-nun sualını cavablandıran KİVDF sədri Vüqar Səfərli bildirib ki, maliyyə ayrılacaq.

“Müvəqqəti gecikmə var. Lakin vaxta hələ var. Qısası tezliklə maliyyələşmə gözlənilir”.

Dünən İctimai TV-nin “Diqqət mərkəzi” proqramında mediamızın bu günkü problemlərindən söz açıldı.

İctimai TV-nin efirindən KİVDF-nin yarıtmaz fəaliyyət göstərdiyini deyən Əməkdar jurnalist Qulu Məhərrəmli, APA agentliyinin rəhbəri Vüsalə Mahirqızı, tanınmış jurnalist Elçin Şıxlı “Bizim Yol” qəzetinin haqsız yerə maliyyə sıxıntılarına məruz qoyulduğunu, peşəkar media orqanının bağlanmağa məcbur qaldığını dilə gətiriblər. Tanınmış jurnalist Həmid Həmidov isə həm Mətbuat Şurasının, həm də KİVDF-nin ümumiyyətlə gərəksiz bir qurum olduğunu bildirib.

Qeyd edək ki, bu maliyyənin müsabiqə yolu ilə ayrılmasının özü haqsızlığa və ədalətsiz bölgüyə yol açır. İllərlə özünü tanıtmış, izləyici rəğbəti qazanmış qəzetlərin bu müsabiqəyə təkrar-təkrar məcbur qalması media azadlığının boğulması, KİVDF çətirinin altına sığınmaq deyilmi? Bəyəm bu maliyyə ayrılırdısa sabit bir şəkildə bölgü edilə bilməzdimi? Hansı prinsiplər əsasında bəzi qəzetlərə 60 min, bir başqasına 20 min manat ayrılmalıdır? Azərbaycan reallığında cavabı yəqin deməsək də bilirsiniz.

Xatırladım ki, müsabiqədə aşağıda qeyd olunan 3 kateqoriya üzrə tələblərə cavab verən KİV-lər iştirak edə bilərlər:

- I kateqoriya üzrə - son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər;

- II kateqoriya üzrə - son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər;

- III kateqoriya üzrə - son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlər.

Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:

- Azərbaycan Jurnalistlərinin I Qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar;

- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər;

- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər (1 il müddətində);

- Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində);

- barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar;

- əsasən reklam və erotik xarakterli materiallar dərc edənlər;

- təsisçisi dini qurumlar və dini icmalar olanlar;

- xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar;

- xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar;

- təsisçiləri dövlət orqanları olanlar.

Bildirək ki, “Bizim Yol” qəzeti nə erotik yazılar verir, nə adımız “qara siyahıda”dır, nə də təsisçisi dövlət orqanı deyil.

Bizimyol.info

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »