Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qatil prokurorun qətl sifarişini pulsuz yerinə yetirib

60 nəfərin ölümünə səbəb olan cinayətkar qrupun lideri hesab edilən Rusiyanın baş qatili Aslan Qaqiyev (Jako) prokuror Olga Şvetsovanın keçmiş yeznəsini öldürmək barədə sifarişini pulsuz yerinə yetirib.

Bu barədə “Kommersant” məlumat yayıb.

Nəşr onların əməkdaşlığının təfərrüatlarını öyrənib.

İstintaq təsbit edib ki, 2012-ci ilin avqust ayında prokuror Şvetsova Qaqiyevlə görüşmək üçün Moskvaya gəlib. Qadın kriminal avtoritetdən o dövrdə müstəntiq kimi işləyən bacısının keçmiş əri Aleksandr Leonovu aradan götürməsini istəyib.

Jako Şimali Osetiya - Alaniya Respublikasında tanınan prokurora hörmət əlaməti olaraq, tələbi pulsuz yerinə yetirməyə qərar verib.

Qadın karyera nərdivanının bütün addımlarını ataraq 1984-cü ildən prokurorluqda xidmət edib. Ədliyyə polkovnikini - xidmətlərinə görə dəfələrlə mükafatlandırılıb, o cümlədən “Qanuna sadiqliyinə görə” I dərəcəli medalla təltif edilib.

İstintaq müəyyən edib ki, Jakonun adından Leonovu Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayətindəki Baş İdarəsinin “Bulat” xüsusi Çevik reaksiya idarəsinin zabiti, “Cəsarət” Ordeninin kavaleri polkovnik Yevgeni Yaşkin izləyib. Müstəntiq 12 sentyabr 2012-ci ildə Daxili İşlər Nazirliyinin keçmiş cinayət axtarış işçisi Ruslan Yurtov tərəfindən motosikletdən vurulub. Leonov bir yerdə yaşadığı rayon hakiminin gözü qarşısında tapança ilə öldürülüb.

Rusiyanın baş qatili amansız qatillər sektasını yaradıb. Onun “qardaşları” 60 nəfəri öldürüb.

“Kommersant” xəbər verir ki, dekabrın 15-də Vladikavkazın Leninski rayon məhkəməsi Şvetsovu bir ay müddətinə həbs edib. O, dekabrın 14-də Beslan hava limanında saxlanılıb. Qadın Moskvaya, daha sonra Almaniyaya uçmağı planlaşdırıbmış. Onun bu ölkəyə illik vizası var idi və gediş ərəfəsində prokurorluqdan çıxmışdı.

Yay aylarında Qaqiyevə qarşı işdə şahid qismində dindirmədən sonra prokuror qaçmağa hazırlaşıb. Şvetsovaya qarşı ifadə Jaco dəstəsinin üzvlərindən biri tərəfindən verilib.

Qadın ittihamları qəbul etmir.

Yurtova və daha Jakonun daha 11 killeri hazırda mühakimə olunur. Qaqiyev dəstəsinin 25 cinayətində iştirak edən Yaşkina Moskva Şəhər Məhkəməsi tərəfindən məcburi müalicəyə göndərilib.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »