Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada “Youtube”a rəqib yaradılır

2020-ci ildə “Mail.Ru Group” şirkəti “YouTube”la rəqabətə girmək üçün hazırlanan video xidmətini işə salacaq.

RBK xəbər verir ki, bu barədə şirkətin baş direktoru Boris Dobrodeyev danışıb.

Dobrodeyev yeni platformanın “Youtube”da olduğu kimi istifadəçilərin marağından asılı olaraq videoların seçilməsi ilə məşğul olacağını qeyd edib.

“Biz qarşımızda “time spent” məsələsini artırmaq, “Youtube”a çatmaq, sosial qrafik xaricində istehlak olunan kontentin miqdarını artırmaq tapşırığı qoyacağıq”, - Dobrodeyev bildirib.

Baş direktor yeni videoxidmətin necə adlanacağını açıqlamayıb.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »